Research in: Agricultural & Veterinary Sciences ISSN 2520-6516 (Online) ISSN 2520-6737 (Print) tam açıq jurnal olaraq elmi tədqiqatda fənlərarası yanaşmaya üstünlük verilməsini təbliğ edir. Jurnalın elmi mövzularının spektri kifayət qədər geniş olub kənd təsərrüfatı elmlərinin, baytarlıq və veterinar tibbin bütün əsas sahələrini əhatə edir.
Jurnal tarla, ferma və sənaye səviyyələrində eksperimental və laborator tədqiqatlara həsr edilən, bitki və heyvandarlıq məhsullarının və uyğun son məhsulların maksimallaşdırılmasına xidmət edəcək yeni üsulların yaradılmasına üstünlük verən orijinal elmi məqalələri və icmalları dərc edir.
Jurnal aşağıdakı mövzuları əhatə edir:
- Kənd təsərrüfatı
- Heyvandarlıq və akvakultura
- Biomüxtəliflik və təkamül
- Ətraf mühit və ekologiya
- Qida
- Meşə təsərrüfatı
- Genetika və yetişdirmə
- Mikrobiologiya və Biotexnologiya
- Bitki
- Torpaqşünaslıq
- Baytarlıq