Jurnalın ilk sayı çap olunmuşdur.

“Advances in Biology & Earth Sciences” jurnalının 1-ci sayı çapdan çıxmışdır. Jurnalın bu sayında biologiya və yer elmlərinin müxtəlif sahələrinə aid məqalələr dərc edilmişdir. Bu nömrədə tanınmış alimlər İ. Pronin (Rusiya), E.A. Vorotelyak (Rusiya), İ.V. Kosakivska (Ukrayna), R. Həsənov (Azərbaycan), Q. Mustafayev (Azərbaycan), V. Sedlak (Slovakiya), M.H. Noaman (Misir) və başqalarının biofizika, protozoologiya, hüceyrə biologiyası, geodeziya, neyrobiologiya, bitki fiziologiyası, histologiya və s. kimi aktual sahələrə həsr olunmuş məqalələri dərc olunmuşdur. Qeyd edək ki, Jurnal dünyanın nüfuzlu E-Letter (IEEE Control Systems Society), Genamics JournalSeek, NA Digest, Directory of Research Journals Indexing (DRJI), International Institute of Organized Research (I2OR), Root Indexing - Journal Abstracting and Indexing Service, Advanced Science Index (ASI), The National Science Digital Library (NSDL), ResearchBib (Academic Resource Index) və s. sistemləri tərəfindən indeksləşdirilir. Jurnalın elektron versiyası ilə

http://jomardpublishing.com/journals.aspx?lang=az&id=3&menu=8&info=Advances%20in%20Biology%20&%20Earth%20Sciences 

ünvanda tanış olmaq olar.

Jomard Publishing jurnallarinin yeni uğuru

Jurnallarımız AAK-ın dissertasiyaların əsas nəticələrinin dərc edilməsi üçün tövsiyyə olunan jurnallar siyahısına daxil edilmişdir.

New Design Ideas, Vol.2, No.1

Jomard Publishing nəşriyyatının NEW DESIGN IDEAS jurnalının növbəti sayı çapdan çıxıb.  

Yeni saylar işıq üzü gördü

Advances in Biology & Earth Sciences və Research in: Agricultural & Veterinary Sciences jurnallarının yeni sayları on-line dərc edilmişdir.  

Journal of Modern Technology and Engineering

Jomard Publishing - in Journal of Modern Technology and Engineering jurnalının yeni sayı çapdan çıxmışdır.  

New Design Ideas

NEW DESIGN IDEAS Jurnalının ilk sayı dizayn tədqiqatlarının genış spektri üzrə mütəxəssislər tərəfindən ciddi maraqla qarşılandı.