Research in: Agricultural & Veterinary Sciences

Jomard Publishing-in növbəti Research in: Agricultural & Veterinary Sciences jurnalının birinci sayı çapdan çıxmışdır. Jurnalın həmbaş redaktorları professor Nazir Dumanlı (Türkiyə) və professor Qabil Məmmədovdur (Azərbaycan). Redaksiya heyətinə jurnalın istiqamətinə uyğun, dünyanın müxtəlif ölkələrini təmsil edən alimlər cəlb edilmişlər. Jurnalın mövzu seçimi və məqsədləri dünyanın bir çox ölkələrindən olan alimlərin diqqətini dərhal cəlb etmişdir. Bunun nəticəsidir ki, jurnalın ilk sayında Türkiyədən, Rusiyadan, Pakistandan, Ukraynadan, Banqladeşdən, Belarusdan olan müəlliflərin rəydən keçirilmiş məqalələri çap edilmişdir.

Ümid edirik ki, bu məqalələr uyğun mütəxəssislər və tədqiqatçılar üçün maraqlı olacaqdır.

Jomard Publishing adından nömrənin çapa hazırlanmasında xidməti olan hər kəsə- Redaksiya Heyəti üzvlərinə, rəyçilərə və texniki heyətə təşəkkür edirik.

Jurnalın elektron versiyası ilə bu ünvanda tanış olmaq olar:

http://jomardpublishing.com/journals.aspx?lang=az&id=7&info=Research%20%20in:%20Agricultural%20&%20Veterinary%20Sciences


New Materials, Compounds and Applications

Jomard Publishing nəşriyyatı və Bakı Dövlət Universiteti tərəfindən birgə təsis edilmiş Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun baş redaktoru olduğu New Materials, Compounds and Applications jurnalının ilk sayı çapdan çıxmışdır.  

Əməkdaşlıq müqaviləsi

Jomard Publishing  nəşriyyati və Altay Dövlət Universiteti arasinda müqavilə imzalanib.

Research in: Agricultural & Veterinary Sciences jurnalının Azərbaycan Texnologiya Universitetində təqdimatı olmuşdur

Azərbaycan Texnologiya Universitetinin “Qida məhsulları” fakultəsində baş tutan tədbirdə fakultənin dekanı t.ü.f.d., dosent MərdanTağiyev əməkdaşlara jurnal haqqında geniş məlumat verdi.  

Advances in Biology & Earth Sciences

“Advances in Biology & Earth Sciences” jurnalı beynəlxalq aləmdə tanınmaqdadır.  

New Design Ideas jurnalı

Jomard Publishing yeni New Design Ideas jurnalını təqdim edir.