New Design Ideas jurnalı

Jomard Publishing yeni New Design Ideas jurnalını təqdim edir. 

New Design Ideas - dizaynın müxtəlif sahələrinə, o cümlədən, sənaye dizaynı, memarlıq dizaynı, vizual rabitə dizaynı, interfeys dizaynı, animasiya və oyun dizaynı, şəhər dizaynı və digər sahələrdə dizayn tədqiqatlarını və yeni nəticələri özündə əks etdirən rəyləşdirilən məqalələrin nəşrinə həsr olunan açıq jurnaldır.
Jurnalın yaranmasında əsas məqsəd müxtəlif mədəniyyətlərin, ideya və tədqiqat nəticələrinin mübadiləsi üçün beynəlxalq forum yaratmaq və mədəni faktorların layihələndirmə işinin nəzəri və praktiki aspektlərinə təsirini öyrənən tədqiqatları dəstəkləməkdir.

Jurnalın baş redaktoru Mezahir Ertuğ Avşar Türkiyənin Selçuk Universitetinin Sənət və Tasarım fakültəsinin professoru, həmçinin Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Dizaynerlər Birliyinin, Türkiyə Mədəniyyət Nazirliyi Sənət Əsərləri Sahibləri Birliyinin üzvü, tətbiqi sənət dizaynı sahəsində tanınmış mütəxəssisdir.

Jurnalın beynəlxalq redaksiya heyətində Türkiyə, ABŞ, Bolqariya, İngiltərə, Rumıniya, Xorvatiya və başqa ölkələrin dizayn sahəsində tanınmış alimləri təmsil olunur.

Jomard Publishing və Jurnalın yaradıcı kollektivi istər Azərbaycanda, istərsə də xarici ölkələrdə bu sahədə mövcud olan başqa nəşrlərdən daha üstün, nadir bir məhsul yaratmağı qarşısına hədəf qoymuşdur.

Jurnalın ilk sayının 2017-ci ilin deakbr ayında cap olunması nəzərdə tutulur. Bu sahədə çalışan bütün mütəxəssiləri New Design Ideas jurnalına məqalə təqdim etməyə dəvət edirik.

http://jomardpublishing.com/journals.aspx?lang=en&id=10&info=New%20Design%20Ideas

New Design Ideas Vol.2, No.2

New Design Ideas jurnalının yeni sayı (Cild 2, No.2, 2018) çapdan çıxmışdır.  

Jomard Publishing jurnallarinin yeni uğuru

Jurnallarımız AAK-ın dissertasiyaların əsas nəticələrinin dərc edilməsi üçün tövsiyyə olunan jurnallar siyahısına daxil edilmişdir.

New Design Ideas, Vol.2, No.1

Jomard Publishing nəşriyyatının NEW DESIGN IDEAS jurnalının növbəti sayı çapdan çıxıb.  

Yeni saylar işıq üzü gördü

Advances in Biology & Earth Sciences və Research in: Agricultural & Veterinary Sciences jurnallarının yeni sayları on-line dərc edilmişdir.  

Journal of Modern Technology and Engineering

Jomard Publishing - in Journal of Modern Technology and Engineering jurnalının yeni sayı çapdan çıxmışdır.