Advances in Biology & Earth Sciences


“Advances in Biology & Earth Sciences” jurnalı beynəlxalq aləmdə tanınmaqdadır. Bu yaxınlarda Bakı Dövlət Universitetinin biologiya fakultəsinin bir qrup əməkdaşı uzun illərdir davam edən əməkdaşlıq çərçivəsində Çex Respublikasının Karlov Universitetində olmuşlar. Səfər zamanı iki universitet arasında əməkdaşlığın müxtəlif aspektləri müzakirə olunmuşdur.

Eyni zamanda jurnalın aparıcı redaktoru, b.e.n. Çingiz Məmmədovun təqdimatı ilə bu universitetin əməkdaşları “Advances in Biology & Earth Sciences” jurnalı ilə tanış olmuşlar. Müzakirələr zamanı çex alimlər jurnalın səviyyəsini yüksək qiymətləndirmiş, məqalələrinin burada çapında maraqlı olduqlarını bildirmiş və redaksiya heyətinin işində iştirak etmək üçün dəvəti qəbul etmişlər.

New Design Ideas

NEW DESIGN IDEAS Jurnalının ilk sayı dizayn tədqiqatlarının genış spektri üzrə mütəxəssislər tərəfindən ciddi maraqla qarşılandı.  

New Materials, Compounds and Applications

Jomard Publishing nəşriyyatı və Bakı Dövlət Universiteti tərəfindən birgə təsis edilmiş Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun baş redaktoru olduğu New Materials, Compounds and Applications jurnalının ilk sayı çapdan çıxmışdır.  

Əməkdaşlıq müqaviləsi

Jomard Publishing  nəşriyyati və Altay Dövlət Universiteti arasinda müqavilə imzalanib.

Research in: Agricultural & Veterinary Sciences jurnalının Azərbaycan Texnologiya Universitetində təqdimatı olmuşdur

Azərbaycan Texnologiya Universitetinin “Qida məhsulları” fakultəsində baş tutan tədbirdə fakultənin dekanı t.ü.f.d., dosent MərdanTağiyev əməkdaşlara jurnal haqqında geniş məlumat verdi.  

Advances in Biology & Earth Sciences

“Advances in Biology & Earth Sciences” jurnalı beynəlxalq aləmdə tanınmaqdadır.