Journal of Modern Technology and Engineering

Jomard Publishing - in Journal of Modern Technology and Engineering jurnalının yeni sayı çapdan çıxmışdır. Jurnalın bu nömrəsində müasir texnologiyalar və mühəndislik sahəsində aktual problemlərə həsr edilmiş məqalələr çap olunmuşdur. Nömrə qeyri-səlis nəzəriyyənin seçim məsələlərində xətanın qiymətləndirilməsinə tətbiqinə həsr edilmiş original yanaşma əsasında yazılmış Belçika və Litvanın yüksək reytiqli alimlərinin birgə tədqiqatının nəticəsi olan məqalə ilə açılır (W.K.M. Brauers, A. Baležentis, T. Baležentis). Bundan başqa nömrəyə mayelərin arakəsməli rezervuarlarda saxlanması problemləri (E. Strelnikova, V. Gnitko, D. Krutchenko, Y. Naumemko- UKRAYNA), ürək əməliyyatlarından əvvəl təcili diaqnoz sisteminin yaradılması (M. Bahadorzadeh, P. Derakhshan-Barjoei- İRAN), nəqliyyat vasitələrinin idarə olunmasına neyron şəbəkələrinin tətbiqləri (D. Brodnevs, A. Kutin – LATVİYA), titan ərintilərinin yüksək temperaturlu qarşılıqlı təsirlərinin kinetik aspektləri (V.S. Trush, I.N. Pohrelyuk , A.H. Luk’yanenko - UKRAYNA), mexaniki sistemlərin etibarlılığı problemləri (М. Mayda - TÜRKİYƏ) və s. kimi problemlərə həsr edilmiş məqalələr daxil edilmişdir. Hər biri bir neçə dəfə rəydən keçmiş bu məqalələr rəyçilərin yüksək qiymətini almış və çapa uyğun bilinmişlər. Biz ümid edirik ki, jurnalın bu sayında çap edilmiş məqalələr mütəxəssislər üçün maraqlı olacaq, onların texnologiyalar və mühəndislik sahəsindəki tədqiqatlarına yeni stimul verəcəkdir.

New Design Ideas Vol.2, No.2

New Design Ideas jurnalının yeni sayı (Cild 2, No.2, 2018) çapdan çıxmışdır.  

Jomard Publishing jurnallarinin yeni uğuru

Jurnallarımız AAK-ın dissertasiyaların əsas nəticələrinin dərc edilməsi üçün tövsiyyə olunan jurnallar siyahısına daxil edilmişdir.

New Design Ideas, Vol.2, No.1

Jomard Publishing nəşriyyatının NEW DESIGN IDEAS jurnalının növbəti sayı çapdan çıxıb.  

Yeni saylar işıq üzü gördü

Advances in Biology & Earth Sciences və Research in: Agricultural & Veterinary Sciences jurnallarının yeni sayları on-line dərc edilmişdir.  

Journal of Modern Technology and Engineering

Jomard Publishing - in Journal of Modern Technology and Engineering jurnalının yeni sayı çapdan çıxmışdır.