New Design Ideas, Vol.2, No.1

Jomard Publishing nəşriyyatının NEW DESIGN IDEAS jurnalının növbəti sayı çapdan çıxıb. Jurnal təxminən bir il bundan qabaq təsis edilsə də, nəşriyyatın apardığı məqsədyönlü fəaliyyətin nəticəsi olaraq artıq bir neçə beynəlxalq elmi bazaya daxil olmuş və dünyanın dizayn elmi mühiti tərəfindən ciddi elmi nəşr kimi qəbul edilməyə başlamışdır. Baş redaktoru Türkiyənin Səlcuq Universitetinin professoru Məzahir Ərtuğ Avşar olan, ingilis dilində nəşr edilən Jurnalın Redaksiya Heyəti dizayn nəzəriyyəsinin müxtəlif sahələrində çalışan və dünyanın müxtəlif ölkələrini təmsil edən alimlərdən təşkil edilib.

Jurnalın birinci sayında Böyük Britaniyadan, Tükiyədən, Xorvatiyadan, Malaziyadan, Kolumbiyadan, Honq-Konqdan, Rumıniyadan olan müəlliflərin məqalələri çap edilmş və mütəxəssislərin ciddi marağına səbəb olmuşdur.

Bu günlərdə çapdan çıxmış ikinci sayda ABŞ-ın Texas Universitetinin poressoru Nikos A. SalingarosunQloballaşma erasında social-mədəni idientiklik”,Türkiyənin Səlcuq Universitetinin dosenti Tülay Gümüşerin “Tekstil incəsənətintə ənənəvi batık sənətinin müasir interpretasiyası: Türkiyə nümunəsi”, AMEA-nın professoru Gülrəna Mirzə Qacarın “Qacar stili incəsənətdə Azərbaycan incəsənət mədəniyyətinin fenomeni kimi, Serbiyanın Novi-Sad Universitetinin professoru Radivoje Dinuloviçin “Tamaşaların səhnə-arxitektura dizaynı: Praqa Quadrennia teatrı dünyadakı daimi dəyişikliklərin güzgüsü kimi, Rumıniyanın Cluj-Napoca Universitetinin professoru Daniela Margareta Chioreanın “Simvolların dinamikası və onların reklamda funksiyaları” məqalələri çap edilib.
Biz ümid edirik ki, bu məqalələr mütəxəssislər üçün maraqlı olacaqdır.

Jurnalın tam sayı ilə
http://jomardpublishing.com/journals.aspx?lang=en&id=10&menu=8&info=
linkində tanış olmaq olar.

Yeni jurnalın ilk sayı çap olundu

Jomard Publishing tərəfindən təsis edilən Islamic History and Literature jurnalının ilk buraxılışı çapdan çıxıb.


Advanced Physical Research jurnalı Scopus bazasına qəbul edildi

Jomard Publishing nəşriyyatının nəşr etdiyi Advanced Physical Research jurnalı Scopus elmi indeksləmə bazasında indeksləşdirmək üçün qəbul edilmişdir.

Web of Science Emerging Source Citation Index

Jomard Publishing nəşriyyatının New Materials, Compounds and Applications jurnalı artıq Web of Science Emerging Source Citation Index-də indekslənir.

New Design Ideas jurnalı Q1 kateqoriyasında

Scimago Journal Ranking agentliyinin (Scopus) 2022-ci il üçün hesabatı nəşr olunmuşdur. Hesabata görə, Jomard Publishing nəşriyyatının New Design Ideas jurnalı Q1 kateqoriyasında yer almışdır. 

Növbəti jurnalımız Scopus bazasına qəbul edildi

Qiymətləndirmə prosisinin müsbət nəticələrinə əsasən Jurnalların Seçimi Məsləhət Şurasının (CSAB) qərarı ilə Jomard Publishing nəşriyyatının dərc etdiyi New Materials, Compounds and Applications jurnalı Scopus bazasında indekslənmək üçün qəbul edilib.