New Design Ideas Vol.2, No.2


Jomard Publishing nəşriyyatının dərc etdiyi New Design Ideas jurnalının yeni sayı (Cild 2, No.2, 2018) çapdan çıxmışdır. Jurnalın bu sayında çap edilən məqalələrin coğrafiyası, müəlliflərin elmi reputasiyası bir daha bu jurnala beynəlxalq dizayn elmi mühitinin ciddi maraq göstərdiyini nümayiş etdirir.

  • Jurnal Texas Universitetinin professoru Nikos Salingarosun (San Antonio, ABŞ) ADAPTIVE VERSUS RANDOM COMPLEXITY (Təsadüfi çətinlik əlehinə adaptivlik) məqaləsi ilə açılır. Məqalədə müasir meqapolislərdə insanların təhlükəsiz və sağlam yaşam problemləri təhlil olunur və onların həlli üçün xüsusi fəlsəfi-arxitektor həllər təklif edilir.
  • Alessandro Venerandi (Nice, France), Nicholas Boys Smith (Böyük Britaniya), Kieran Toms (Böyük Britaniya) tərəfindən təqdim edilmiş WHAT KIND OF NEIGHBOURHOODS WILL PEOPLE PAY MORE FOR? (İnsanlar hansı qonşuluq üçün daha çox ödəməyə razıdırlar?) adlı məqalə küçə dizaynında insanların önəm verdikləri dəyərlərin nəzərə alınması, təbii şəraitlə vəhdət və s. məsələlər araşdırılmışdır.
  • Harun Ekinoglunun (Turkiyə) məqaləsi ətraf mühit və tikili kompleksləri arasındakı münasibətlərin riyazi izahına həsr edilmişdir.
  • İordaniyanın İsra Universitetinin professoru Mumen Abuarkub öz məqaləsində ənənəvi Fələstin evlərində arxitektur və dekorativ elementləri tədqiq etmişdir.
  • Professor Miguel Córdova-Ramírez (Peru) CRITIQUE OF THE MODERNIST REASON IN PERUVIAN ARCHITECTURE adlı məqaləsində Peru arxitektura məktəbində modernizmi təhlil etmişdir.
  • Professor Zaheer Allam (Avstraliya) CONTEXTUALISING THE SMART CITY FOR SUSTAINABILITY AND INCLUSIVITY məqaləsi müasir qloballaşan dünyada ağıllı şəhər konsepsiyasının elmi problemlərinin tədqiqinə həsr edilib.
  • Professor Mathias Agbo Jr (Nigeriya) məqaləsində müasir dizaynerlərin demokratik dəyərlərin formalaşmasında rolu kimi çox maraqlı bir mövzunu araşdırır.

Bundan əlavə nömrədə dizayn sahəsində çalışan alimlər təfərindən çox ciddi bir hadisə kimi qarşılanmış James Stevens Curl-un MAKING DYSTOPIA - THE STRANGE RISE AND SURVIVAL OF ARCHITECTURAL BARBARISM (Oxford University Press) adlı kitabına Ser Rocer Scruton (Brinkworth, Wiltshire, Birləşmiş Krallıq) tərəfindən yazılmış rəy də çap edilmişdir. Bu rəy professor Nikos Salinqaros tərəfindən təqdim edilmişdir. Rəydə bu maraqlı kitab təhlil edilmiş, onun əsas nəticələrinin mahiyyəti açılmışdır.

Biz inanırıq ki, jurnalın bu sayında çap edilən bu məqalələr mütəxəssislər üçün maraqlı olacaq, onları yeni elmi nəticələrin alınmasına həvəsəndirəcək.

http://jomardpublishing.com/journals.aspx?lang=az&id=10&menu=8&info=New%20Design%20Ideas

Yeni jurnalın ilk sayı çap olundu

Jomard Publishing tərəfindən təsis edilən Islamic History and Literature jurnalının ilk buraxılışı çapdan çıxıb.


Advanced Physical Research jurnalı Scopus bazasına qəbul edildi

Jomard Publishing nəşriyyatının nəşr etdiyi Advanced Physical Research jurnalı Scopus elmi indeksləmə bazasında indeksləşdirmək üçün qəbul edilmişdir.

Web of Science Emerging Source Citation Index

Jomard Publishing nəşriyyatının New Materials, Compounds and Applications jurnalı artıq Web of Science Emerging Source Citation Index-də indekslənir.

New Design Ideas jurnalı Q1 kateqoriyasında

Scimago Journal Ranking agentliyinin (Scopus) 2022-ci il üçün hesabatı nəşr olunmuşdur. Hesabata görə, Jomard Publishing nəşriyyatının New Design Ideas jurnalı Q1 kateqoriyasında yer almışdır. 

Növbəti jurnalımız Scopus bazasına qəbul edildi

Qiymətləndirmə prosisinin müsbət nəticələrinə əsasən Jurnalların Seçimi Məsləhət Şurasının (CSAB) qərarı ilə Jomard Publishing nəşriyyatının dərc etdiyi New Materials, Compounds and Applications jurnalı Scopus bazasında indekslənmək üçün qəbul edilib.