Bakıda görüş

Bu günlərdə Advances in Biology & Earth Sciences jurnalının redaksiya heyətinin üzvləri, professor Andrey Stepanov və professor Taras Kavetski Bakıda işgüzar səfərdə olublar. Yaranmış imkandan istifadə edərək qonaqlarla jurnalın Redaksiya Heyətinin görüşü təşkil edildi. Professor Andrey Stepanov və Taras Kavetski biologiya və biofizika sahəsində dünyada tanınmış alimlərdir. Professor Andrey Stepanov Rusiya Elmlər Akademiyasının Kazan Elmi Mərkəzinin Zavoyski Fiziki-Texniki İnstitutununu, professor Taras Kavetski isə Ukraynanın İvan Franko Dövlət Pedaqoji Universitetini və Polşanın John Paul II Lublin Katolik Universitetini təmsil edir. Görüşdə jurnalın baş redaktor müavini, professor Rövşən Xəlilov və "Jomard Publishing" nəşriyyatının rəhbəri professor Yusif Qasımov da iştirak ediblər. Görüşdə jurnalın gələcək inkişaf yolları, bəzi beynəlxalq elmi layihələrdə iştirakı, müəlliflərin coğrafiyasını genişləndirmək üçün atılması zəruri olan addımlar və tanınmış beynəlxalq məlumat bazaları ilə əməkdaşlıq müzakirə olundu.

Bakıda görüş

Advances in Biology & Earth Sciences jurnalının redaksiya heyətinin üzvləri, professor Andrey Stepanov və professor Taras Kavetski Bakıda işgüzar səfərdə olublar. 

Our Editor in-Chief – SCA-2019 medalist

Editor in-Chief of our journal New Design Ideas professor Nikos Salingaros was awarded the Stockholm Culture Award-2019 in the nomination Architecture

The Cardiologist Vol.3 No.1

The Cardiologist jurnalının 2019-cu il 2-ci sayı çapdan çıxmışdır 

New Design Ideas Vol.2, No.2

New Design Ideas jurnalının yeni sayı (Cild 2, No.2, 2018) çapdan çıxmışdır.  

Jomard Publishing jurnallarinin yeni uğuru

Jurnallarımız AAK-ın dissertasiyaların əsas nəticələrinin dərc edilməsi üçün tövsiyyə olunan jurnallar siyahısına daxil edilmişdir.