New Design Ideas jurnalı Scopus bazasında

Jomard Publishing nəşriyyatı tərəfindən nəşr olunan New Design Ideas jurnalı Scopus bazasında indekslənmək üçün qəbul edilmişdir. Scopus ofisindən Jomard Publishing nəşriyyatına daxil olmuş rəsmi məktubda deyilir ki, bu qərar qiymətləndirmə prosesindən sonra jurnal haqqında alınan müsbət rəylərin əsasında qəbul edilmişdir.

Jomard Nəşriyyatı adından bütün redaktorlarımızı, redaksiya heyəti üzvlərini, rəyçilərimizi, müəlliflərimizi və texniki heyətimizi təbrik edir və bu nailiyyətin əldə olunmasına mühüm töhvəsinə görə onlara təşəkkür edirik.

İnanırıq ki, Scopus bazasında indekslənmə jurnalın müəllif coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirəcək və bu öz növbəsində jurnalın elmi səviyyəsinin yüksəlməsinə səbəb olacaqdır.

https://suggestor.step.scopus.com/progressTracker/?trackingID=6C93A8F11A021AE0

New Design Ideas jurnalı Scopus bazasında

Jomard Publishing nəşriyyatı tərəfindən nəşr olunan New Design Ideas jurnalı Scopus bazasında indekslənmək üçün qəbul edilmişdir.  

Advances in Biology & Earth Sciences jurnalında koronavirus mövzusu

Jomard Publishing nəşriyyatının Advances in Biology & Earth Sciences jurnalının yeni çapdan çıxmış nömrəsində  Overview of the environmental distribution, resistance, mortality, and genetic diversity of new coronavirus (COVID-19) (“Ətraf mühitdə yeni koronavirusun (COVID-19) yayılması, müqaviməti, ölümü və genetik müxtəlifliyinə ümumi baxış”) adlı məqaləsi işıq üzü görüb.

New Materials, Compounds And Applications jurnalı CAS bazasına daxil oldu

New Materıal, Compounds and Applıcatıons jurnalı Amerika Kimya Cəmiyyətinin bölməsi olan CAS (Chemical Abstracts Service) bazasına daxil edilib. 

Yeni jurnalın ilk sayı

Jomard Publishing nəşriyyatı elmin yeni və aktual sahələrini əhatə edən yeni jurnalların yaradılmasını davam etdirir. Bu istiqamətdə son addım nəzəri və tətbiqi fizikanın müxtəlif sahələrinə həsr olunmuş yeni Advanced Advanced Research (ISSN 2663-8436) jurnalının yaradılması oldu.  

Bakıda görüş

Advances in Biology & Earth Sciences jurnalının redaksiya heyətinin üzvləri, professor Andrey Stepanov və professor Taras Kavetski Bakıda işgüzar səfərdə olublar.