Jurnalımız AGRIS bazasında

Jomard Publishing nəşriyyatına daxil olmuş rəsmi məktubla təsdiq olunduğu kimi Research in: Agricultural & Veterinary Sciences jurnalı AGRIS bazasında indekslənmək üçün qəbul edilmişdir.

Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən dəstəklənən AGRIS, 1974-cü ildən bəri kənd təsərrüfatı, elm və texnologiya sahəsindəki biliklərə çıxışı asanlaşdıraraq inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin istifadəçilərinə xidmət göstərir.

AGRIS, istifadəçiləri birbaşa zəngin tədqiqat kolleksiyasına və qida və kənd təsərrüfatı ilə bağlı dünya miqyaslı texniki məlumatları birləşdirən çoxdilli biblioqrafik verilənlər bazası olan Beynəlxalq Kənd Təsərrüfatı Elmləri və Texnologiyaları Sistemidir.

AGRIS,148 ölkədən tədqiqat mərkəzləri, akademik təşkilatlar, naşirlər, dövlət qurumları, inkişaf proqramları, beynəlxalq və milli təşkilatlar da daxil olmaqla 500-dən çox məlumat təminatçısı tərəfindən yaradılan 12.017.753 biblioqrafik qeyd təqdim edən dünyanın aparıcı ictimai məlumat xidmətlərindən biridir. Dünyada hər ay 400.000-dən çox kənd təsərrüfatı və tədqiqat mütəxəssisi AGRIS resurslarına müraciət edir.

AGRIS platformasındakı jurnal profilinin bağlantısı aşağıdakı kimidir:
https://agris.fao.org/agris-search/searchIndex.do?dataProvider=AZ0

Növbəti jurnalımız Scopus bazasına qəbul edildi

Qiymətləndirmə prosisinin müsbət nəticələrinə əsasən Jurnalların Seçimi Məsləhət Şurasının (CSAB) qərarı ilə Jomard Publishing nəşriyyatının dərc etdiyi New Materials, Compounds and Applications jurnalı Scopus bazasında indekslənmək üçün qəbul edilib.

Advanced Physical Research jurnalı CAS bazasına daxil oldu

Advanced Physical Research jurnalı Amerika Kimya Cəmiyyətinin bölməsi olan CAS (Chemical Abstracts Service) bazasına daxil edilib.

Advanced Mathematical Models & Applications jurnalı Scopus bazasında

Jomard Publishing tərəfindən nəşr olunan Advanced Mathematical Models & Applications jurnalı Scopus bazasında indekslənmək üçün qəbul edilib.

Xüsusi buraxılış

New Design Ideas jurnalının ilk xüsusi buraxılışı nəşr olunub.

Jurnalımız AGRIS bazasında

Research in: Agricultural & Veterinary Sciences jurnalı AGRIS bazasında indekslənmək üçün qəbul edilmişdir