06.06.2022
Məmuniyyətlə bildiririk ki, Jomard Publishing nəşriyyatının New Materials, Compounds and Applications jurnalı artıq Web of Science Emerging Source Citation Index-də indekslənir. Jurnalın 2020 və 2021 nömrələrində dərc olunan bütün məqalələr artıq Web of Science platformasında və müəlliflərin hesablarına yerləşdirilmişdir.
Bu uğurun əldə olunmasında göstərdikləri əvəzsiz dəstəyə görə bütün redaktorlarımıza, müəlliflərimizə, rəyçilərimizə və texniki heyətimizə təşəkkür edirik və səmərəli əməkdaşlığımızın gələcəkdə də davam edəcəyinə ümid bəsləyirik.