Jomard Publishing
independent academic publisher working for the scientific community


Haqqımızda 

Jomard Publishing müstəqil beynəlxalq nəşriyyatı, fərqli akademik istiqamətlər üzrə açıq əlyetənli, onlayn, rəyləşdirilən jurnallar dərc edir. Biz dünyanın bir çox aparıcı tədqiqatçılarını əhatə edən redaksiya heyəti ilə birlikdə çalışaraq 100-dən çox ölkənin alimləri ilə səmərəli elmi əlaqələr qurduq. Dünya elmi ictimaiyyətinin bütün üzvləri üçün maksimum əlyetənliyi təmin etmək üçün bütün nəşrlərimiz CC BY lisenziyası ilə tam açıq şəkildə dərc edilir.

Missiyamız 

Jomard Publishing beynəlxalq müstəqil elmi nəşriyyat kimi missiyasını tədqiqatçılara, alimlərə və tələbələrə geniş sahələrdə ən qabaqcıl tədqiqat nailiyyətlərini təqdim etməkdə, onların arasındakı nəticə və ideya mübadiləsini asanlaşdırmaqda görür. Biz açıq əlyetənlik prinsiplərini dəstəkləyir və təsdiq edirik ki, orijinal mənbələrə düzgün istinad edilməklə nəşriyyatın çap etdiyi bütün materiallar icazə alınmadan sərbəst şəkildə götürülə və paylaşıla bilər.







            


Jurnallarımız  

                             

                            


       

                           

Yeni jurnalın ilk sayı çap olundu

Jomard Publishing tərəfindən təsis edilən Islamic History and Literature jurnalının ilk buraxılışı çapdan çıxıb.


Advanced Physical Research jurnalı Scopus bazasına qəbul edildi

Jomard Publishing nəşriyyatının nəşr etdiyi Advanced Physical Research jurnalı Scopus elmi indeksləmə bazasında indeksləşdirmək üçün qəbul edilmişdir.

Web of Science Emerging Source Citation Index

Jomard Publishing nəşriyyatının New Materials, Compounds and Applications jurnalı artıq Web of Science Emerging Source Citation Index-də indekslənir.

New Design Ideas jurnalı Q1 kateqoriyasında

Scimago Journal Ranking agentliyinin (Scopus) 2022-ci il üçün hesabatı nəşr olunmuşdur. Hesabata görə, Jomard Publishing nəşriyyatının New Design Ideas jurnalı Q1 kateqoriyasında yer almışdır. 

Növbəti jurnalımız Scopus bazasına qəbul edildi

Qiymətləndirmə prosisinin müsbət nəticələrinə əsasən Jurnalların Seçimi Məsləhət Şurasının (CSAB) qərarı ilə Jomard Publishing nəşriyyatının dərc etdiyi New Materials, Compounds and Applications jurnalı Scopus bazasında indekslənmək üçün qəbul edilib.