Journal of Modern Technology and Engineering

Journal of Modern Technology and Engineering (ISSN 2519-4836) müasir texnologiya və mühəndislik sahələri üzrə orijinal tədqiqatlar, araşdırmalar, icmal məqalələr dərc edir. Bütün çap edilən məqalələr ciddi rəydən keçirilir. Jurnal dünyanın hər yerindən olan müasir texnologiya və mühəndis həllərinə həsr olunmuş ən yeni nəticələri əhatə edir. Bu məqalələr jurnalın geniş oxucu kütləsinə texnologiyalar və müxtəlif mühəndis problemlərinin həll üsulları sahəsində ən son nəticələrdən xəbərdar olmağa kömək edəcəkdir  

Advanced Mathematical Models & Applications

Advanced Mathematical Models & Applications ISSN 2519-4445 (Online) jurnalı riyazi modelləşdirmə və onun tətbiqləri sahəsində olan orijinal, ciddi rəyləşdirilmiş, əhəmiyyətli, yeni nəticələri özündə saxlayan məqalələri çap edir. Jurnalın məqsədi alimləri və tətbiqi sahədə çalışanları bir araya gətirmək və onların yeni əməkdaşlığına şərait yaratmaqdır. Jurnal həm də icmal məqalələrini, əvvəlki nömrələrdə çap olunmuş məqalələrlə bağlı yazışmaları və rəyləri də çap edir. Jurnal bütün materialları ancaq ingilis dilində qəbul edir. 

SCImago Journal & Country Rank

Advances in Biology & Earth Sciences

Advances in Biology & Earth Sciences ISSN 2519-8033 (Online), ISSN 2520-2847 (Print) jurnalında biologiya və yer elmlərinin bütün sahələrinə aid yüksək keyfiyyətli, yeni nəticələri özündə saxlayan rəydən keçirilmiş məqalələr çap edilir. Bu jurnalın məqsədi bütün dünyadan olan alim və tədqiqatçılar üçün boilogiya və yer elmlərinin müxtəlif sahələrinə aid yeni nəticələri və istiqamətləri müzakirə etmək üçün platforma təklif etməkdir. 

Research in: Agricultural & Veterinary Sciences

Research in: Agricultural & Veterinary Sciences ISSN 2520-6516 (Online) ISSN 2520-6737 (Print) tam açıq jurnal olaraq elmi tədqiqatda fənlərarası yanaşmaya üstünlük verilməsini təbliğ edir.  Jurnalın elmi mövzularının spektri kifayət qədər geniş olub kənd təsərrüfatı elmlərinin, baytarlıq və veterinar tibbin bütün əsas sahələrini əhatə edir. Jurnal tarla, ferma və sənaye səviyyələrində eksperimental və laborator tədqiqatlara həsr edilən, bitki və heyvandarlıq məhsullarının və uyğun son məhsulların maksimallaşdırılmasına xidmət edəcək yeni üsulların yaradılmasına üstünlük verən orijinal elmi məqalələri və icmalları dərc edir. 

Journal link in Web of Science platform

New Design Ideas

New Design Ideas ISSN 2524-2148 (Online), ISSN 2522-4875 (Print) jurnalı dizaynın müxtəlif sahələrinə, o cümlədən, sənaye dizaynı, vizual rabitə dizaynı, interfeys dizaynı, animasiya və oyun dizaynı, memarlıq dizaynı, şəhər dizaynı, həmçinin müxtəlif sahələrdə dizayn tədqiqatlarını və yeni nəticələri özündə əks etdirən rəyləşdirilən məqalələrin nəşrinə həsr olunmuş açıq jurnaldır. Jurnalın yaranmasında əsas məqsəd müxtəlif mədəniyyətlərin, ideya və tədqiqat nəticələrinin mübadiləsi üçün beynəlxalq forum yaratmaq və mədəni faktorların layihələndirmə işinin nəzəri və praktiki aspektlərinə təsirini öyrənən tədqiqatların dəstəklənməsidir. Jurnalın məqsədi həmçinin praktiki əhəmiyyətli nəticələrin elmdə və sənayedə çalışan mütəxəssislər arasında transferinə dəstək verməkdir.

SCImago Journal & Country Rank

New Materials, Compounds and Applications

New Materials, Compounds and Applications  ISSN 2523-4773 (Online), ISSN 2521-7194 (Print)  kimyanın, kimya mühəndisliyinin, birləşmələr nəzəriyyəsinin və materialşünaslığın kəsişməsinə aid olan müasir fundamental tədqiqat nəticələrini əks etdirən nəzəri, praktiki və eksperimental məqalələrin, icmalların, qısa xəbərlərin çapını nəzərdə tutan açıq elmi jurnaldır.
Jurnalın maraq dairəsində olan digər tədqiqat sahələri – üzvü və qeyri-üzvü bərk cisim kimyası, polimerlər, xüsusilə, faydalı optik, elektrik, maqnit, katalitik və mexanki xassələrə malik olan yeni materialların işlənməsidir.

   SCImago Journal & Country Rank\

Advanced Physical Research

Advanced Physical Research (ISSN 2663-8436) nəzəri və tətbiqi fizikanın bütün istiqamətlərində rəyləşdirilmiş orijinal və icmal məqalələri, eləcə də qısa məlumatları çap edən açıq girişli jurnaldır. Jurnal tədqiqat sahəsində aldığı nəticələri mümkün qədər geniş oxucu auditoriyasına çatdırmaq istəyən tədqiqatçılar üçün platforma təqdim edir. Çap olunan məqalələr konkret mövzu üzrə son dövrlərdə alınmış nəticələrə diqqət etməklə əsas uğurların icmalını verir və baxılan mövzunun gələcək inkişaf tendensiyalarını əks etdiir.

SCImago Journal & Country Rank

Islamic History and Literature

Islamic History and Literature (ISSN 2957-7128), İslam dünyasının tarixi və ədəbiyyatı sahəsində aparılan tədqiqatların nəticələrini çap etmək məqsədi daşıyan rəyləşdirilən elmi jurnaldır. Jurnalın spektri İslam dünyasının tarixini, təhsilini, ədəbiyyatını, incəsənətini, folklorunu, İslam düşüncə tərzini və digər problemləri əhatə edir.
Jurnalda elmi məqalələr, kitab icmalları və qısa elmi xəbərlər çap ediləcəkdir.

Green Economics

Green Economics (ISSN 2959-9326) jurnalı təbii ehtiyatlardan istifadə, ekoloji və iqtisadi problemlərin yaşıl həlli ilə bağlı iqtisadi təhlilə dair elmi məqalələr dərc edir.
Jurnal iqtisadiyyat, idarəetmə, mühəndislik, texnologiya, ətraf mühit, siyasət kimi sahələri birləşdirərək iqtisadiyyat və davamlılığın əsas anlayışlarına yeni yanaşma gətirməyi hədəfləyir.

Yeni jurnalın ilk sayı çap olundu

Jomard Publishing tərəfindən təsis edilən Islamic History and Literature jurnalının ilk buraxılışı çapdan çıxıb.


Advanced Physical Research jurnalı Scopus bazasına qəbul edildi

Jomard Publishing nəşriyyatının nəşr etdiyi Advanced Physical Research jurnalı Scopus elmi indeksləmə bazasında indeksləşdirmək üçün qəbul edilmişdir.

Web of Science Emerging Source Citation Index

Jomard Publishing nəşriyyatının New Materials, Compounds and Applications jurnalı artıq Web of Science Emerging Source Citation Index-də indekslənir.

New Design Ideas jurnalı Q1 kateqoriyasında

Scimago Journal Ranking agentliyinin (Scopus) 2022-ci il üçün hesabatı nəşr olunmuşdur. Hesabata görə, Jomard Publishing nəşriyyatının New Design Ideas jurnalı Q1 kateqoriyasında yer almışdır. 

Növbəti jurnalımız Scopus bazasına qəbul edildi

Qiymətləndirmə prosisinin müsbət nəticələrinə əsasən Jurnalların Seçimi Məsləhət Şurasının (CSAB) qərarı ilə Jomard Publishing nəşriyyatının dərc etdiyi New Materials, Compounds and Applications jurnalı Scopus bazasında indekslənmək üçün qəbul edilib.