Islamic History and Literature (ISSN 2957-7128), İslam dünyasının tarixi və ədəbiyyatı sahəsində aparılan tədqiqatların nəticələrini çap etmək məqsədi daşıyan rəyləşdirilən elmi jurnaldır. Jurnalın spektri İslam dünyasının tarixini, təhsilini, ədəbiyyatını, incəsənətini, folklorunu, İslam düşüncə tərzini və digər problemləri əhatə edir.
Jurnalda elmi məqalələr, kitab icmalları və qısa elmi xəbərlər çap ediləcəkdir.
Növbəti jurnalımız Scopus bazasında

Advances in Biology & Earth Sciences jurnalının qiymətləndirmə prosesi başa çatıb və jurnal SCOPUS bazasında indekslənmək üçün qəbul edilib.

Yeni jurnalın ilk sayı çap olundu

Jomard Publishing tərəfindən təsis edilən Islamic History and Literature jurnalının ilk buraxılışı çapdan çıxıb.


Advanced Physical Research jurnalı Scopus bazasına qəbul edildi

Jomard Publishing nəşriyyatının nəşr etdiyi Advanced Physical Research jurnalı Scopus elmi indeksləmə bazasında indeksləşdirmək üçün qəbul edilmişdir.

Web of Science Emerging Source Citation Index

Jomard Publishing nəşriyyatının New Materials, Compounds and Applications jurnalı artıq Web of Science Emerging Source Citation Index-də indekslənir.

New Design Ideas jurnalı Q1 kateqoriyasında

Scimago Journal Ranking agentliyinin (Scopus) 2022-ci il üçün hesabatı nəşr olunmuşdur. Hesabata görə, Jomard Publishing nəşriyyatının New Design Ideas jurnalı Q1 kateqoriyasında yer almışdır.