AÇIQ ƏLYETƏNLİK SİYASƏTİ 
Advanced Mathematical Models & Applications jurnalı öz məzmununa tam açıq əlyetənliyi təmin edir. Biz hesab edirik ki, elmi tədqiqat nəticələrinin ictimaiyyətə açıq şəkildə təqdim edilməsi, biliklərin daha qlobal və geniş şəkildə mübadiləsini təmin edir. Bununla bağlı olaraq, biz aşağıdakı prinsipləri vacib hesab edirik. 
Məqalənin müəllifi(ləri) razılaşırlar ki, əgər məqalə Advanced Mathematical Models & Applications  jurnalında çap olunacaqsa, onda onun müəlliflik hüququ Creative Commons "Attribution unported" lisenziyası ilə qorunacaqdır. Bu lisenziya hər kəsə məqaləyə istinad etməklə ondan tam və dəfələrlə istifadə etmək hüququ verir. 

ÇAP ETİKASI 
Advanced Mathematical Models & Applications və onu nəşr edən Jomard Publishing nəşriyyattı Çap etikası komitəsinin (COPE) prinsiplərini qəbul edir və bu təşkilatın Code of Conduct and Best Practice Guidelines for Journal Editors və Code of Conduct for Journal Publishers tösiyyələri əsasinda fəaliyyət göstərir. Jurnal həmçinin A Guide for Editors-in-Chief, Associate Editors, and Managing Editors bölmələrindəki təlimatlara da əsaslanır. Jurnal ümid edir ki, müəlliflər, rəyçilər və redaktorlar bu sənədlərdəki etik davranış qaydalarının ən yaxşı prinsiplərinə əməl edəcəklər. Bu prinsiplərin ən vaciblərini aşağıda veririk, amma hər kəsi yuxarıdakı original sənədlərlə tanış olmağa dəvət edirik. 

REDAKTORLAR 
Redaktorlar, daxil olan məqalələri müəlliflərin irqi, cinsi, etnik mənşəyi, vətəndaşlığı, dini, mədəni mənsubiyyələrindən, siyasi fəlsəfəsindən asılı olmayaraq ancaq onların elmi qiymətinə (əhəmiyyəti, orijinallığı, tədqiqatın etibarlılığı və aydınlığı) və jurnalın əhatə dairəsi üçün vacibliyinə görə qiymətləndirirlər. Məqalənin redaktə edilməsi və çapı qərarları hökumətin və ya jurnalın xaricində olan digər təşkilatların siyasəti ilə müəyyən edilmir. Baş redaktor bütün jurnalın məzmunu və dərc olunma müddəti üzərində tam səlahiyyətlərə malikdir. 
Redaktorlar və redaksiya heyəti təqdim edilmiş əlyazma haqqında hər hansı bir məlumatı müəlliflərdən, rəyçilərdən, potensial rəyçilərdən, digər redaksiya məsləhətçilərindən başqa kimsəyə açıqlamır. Müəlliflər yazılı şəkildə açıq icazə verməyiblərsə, redaktor və redaksiya heyətinin üzvləri təqdim olunmuş məqalənin işlənməsindən əldə edilən heç bir çap olunmamış informasiyadan, ideyadan öz məqsədləri və üstünlüyü üçün istifadə etməyəcəklər. 
Redaktorlar müəlliflərdən hər hansı biri və ya məqalə ilə əlaqəli olan müəssəsə və digər institutlara rəqabət, birgəlik və ya digər səbəblərdən yaranan konflikt halları olduqda bu məqalələrə baxmamağa üstünlük verirlər. Redaktorlar dərc üçün nəzərdə tutulmuş bütün əlyazmaların bu sahənin ekspertləri tərəfindən rəyləşdirilməsini təmin edirlər. Baş redaktor baxılan işlərin tədqiqatçılar və oxucular üçün vacibliyini, dəqiqliyini, elmi əhəmiyyətini, rəyçilərin fikrini və hüquqi tələblərini əsas götürərək məqalələrdən hansının çap ediləcəyi qərarlarına məsuliyyət daşıyır. Baş redaktor qərar qəbul edərkən digər redaktorlara və ya rəyçilərə müraciət edə bilər. 
Çap üçün qəbul edilən və hətta çap olunmuş məqalələrlə bağlı etik problemlər meydana çixarsa, hətta çapdan illər sonra olsa belə, baş redactor çevik tədbirlər görəcək. 

RƏYÇİLƏR 
Hər bir dəvət olunmuş rəyçi hansısa konflikt səbəbindən və ya bu məqaləni qiymətləndirmək üçün mütəxəssis olmadığı tədqirdə, redaktorları bu barədə dərhal məlumatlandırmalı və dəvəti rədd etməlidir. 
Rəyçilər məqalə mülliflərinin məqaləni yaxşılaşdırması üçün öz rəylərini dəqiq arqument və fikirlərlə əsaslandırmalıdırlar. Müəlliflərin şəxsi tənqidindən çəkinmək lazımdır. Rəyçilər öz rəylərində bunları ifadə etməlidirlər:

  • müəlliflər tərəfindən istinad olunmamış məqalənin mövzusuna uyğun çap olunmuş hər bir elmi əsəri;
  • əvvəlki işlərdə verilmiş, amma məqalədə istinad edilməmiş faktları;
  • tanış olduqları hər hansı bir digər işlə (dərc edilmiş və ya nəşr edilməmiş) əhəmiyyətli oxşarlıq və ya eyniliyi.

Konfidensiallıq. Rəyçilər baxılan məqalənin məzmununu çap olunana qədər başqaları üçün açıqlanmayan, gizli material kimi nəzərdən keçirməlidirlər. Rəyçi nəzərdən keçirdiyi əlyazmanın materialları istifadə etməməli və onu yaymamalıdır. Həmçinin, rəyçi, ictimaiyyətə açıqlanmırsa, sözügedən əlyazmanın surətlərini yayımlamır. Rəyçilər təqdim olunmuş məqalədə açıqlanmış çap olunmamış heç bir informasiyadan və ya onun işlənməsindən alınan ideyadan öz məqsədləri və faydaları üçün istifadə etməyəcəklər. 
Maraqların toqquşması. Rəyçilər məqalənin qiymətləndirilməsi zamanı meydana çıxan maraqların istənilən toqquşması haqqında redaktorları dərhal məlumatlandırmalıdırlar. Belə maraq toqquşmaları rəyçi ilə eyni kollektivdən olan müəllifin, yaxud əvvəlki və ya hazırki tələbəsinin, elmi rəhbərinin, yaxud digər yaxın münasibətdə olduğu müəllifin məqaləsini rəyləşdirmək xahiş olunduqda yarana bilər. Digər tip konflikt məqalə müəllifinin rəyçi ilə eyni qrant müabiqəsində rəqib olduqda yarana bilər. Bu hallarda rəyçi məqaləni rəyləşdirməkdən imtina etməlidir. 

MÜƏLLİFLƏR 
Müəlliflər redaktorları əmin etməlidirlər ki, onlar original elmi işi təqdim etmişlər. Əgər müəlliflər başqa müəllifin işini, sözünü və ya hansısa informasiyasını istifadə etmişlərsə, onlar bu işə uyğun qaydada istinad etməlidirlər. Müəllif başqasının işini və ya onun bir hissəsini öz işi kimi təqdim etməməlidir. Plagiat özünün bütün formalarında qeyri-etik davranış hesab edilir və qəbul edilə bilməz. 
Təkrarlanan çaplar, artıq çap olunmuş materialın yenidən işlənməsi və öz-özünü plagiat etmək də qəbul olunmayan hallardır və onlardan qaçmaq lazımdır. Eyni bir tədqiqatı təsvir edən məqalələr birdən artıq jurnalda çap edilməməlidir. Beləliklə, müəllif artıq başqa jurnalda çap olunmuş məqalni çap üçün təqdim etməməlidir. Məqalənin eyni zamanda bir neçə jurnala təqdim edilməsi etik olmayan nəşriyyat davranışıdır və qəbul edilməməlidir. 
Məqalənin müəllifi kimi ancaq aşağıdakı müəllif kriteriyalarına cavab verən şəxslər göstərilməlidirlər, çünki onlar bu məqalənin məzmununa görə ictimaiyyət qarçısında cavab vermək imkanında olmalıdırlar. Müəllif o şəxs ola bilər ki o,

  • tədqiqata, işlənməyə, verilənlərin toplanmaına, hesablamaların yerinə yetirilməsinə, analiz və interpretasiyasına ciddi töhfə verib;
  • məqaləsini işləyib yaxud onun məzmununu ciddi intelelktual mətn kimi kritik analiz edib;
  • məqalənin son variantına baxıb, qiymətləndirib və onun çapa təqdim edilməsini uyğun bilib.

Məqalənin hazırlanmasına töhfə (məsələn, texniki yardım, onun yazılmasında və redaktəsində iştirak, ümumi dəstək) verən, lakin müəlliflik kriteriyalarını ödəməyən heç kəs müəllif kimi yazıla bilməz, amma onlar məqalənin sonunda “Təşəkkür” bölməsində qeyd olunmalıdırlar. Məqaləni təqdim edən müəllif yuxarıdakı kriteriyaları ödəyən bütün şəxslərin və yalnız onların, müəlliflər siyahısına daxil edilməsini və bütün müəlliflərin məqalənin sonvariantı ilə tanış olduqdan sonra çapa təqdim edilməsinə razılıq vermələrini təmin etməlidir. 
Müəlliflər məqalədəki nəticələrə və ya onların interpretasiyasına təsir edən maraqların toqquşmaları haqda məlumat verməlidirlıər. Haqqında məlumat verilməli olan potensial maraq toqquşmaları maliyyə - qononar, təhsil qrantları və digər maliyə mənbələri, konfranslarda məruzəçi kimi iştirak, cəmiyyətlərdə üzvlük, işə düzəlmə, aksioner kapitalda paya sahib olma, haqqı ödənilən ekspert rəyi və qeyri maliyyə - şəxsi və profesional münasibət, məqalədə müzakirə olunan materiala aid bilik və vərdişlər ola bilər. İşə aid bütün maliyyə dəstəyi mənbələri açıq verilməlidir (buraya qrant nömrələri və ya digər istinad ünvanları da aiddir). 
Müəlliflər əmin olmalıdırlar ki, onlar başqalarının işlərini lazımı qədər qiymətləndiriblər və məqalədəki nəticələrin alınmasına təsir edən bütün işlərə istinad ediblər. Konfidensial mənbələrdən (şifahi danışıqdan, yazışmalardan, üçüncü şəxslərlə müzakilərdən) alınan informasiyalar mənbənin yazılı icazəsi olmadan istifadə eilməməlidir. Müəlliflər konfidensial xidmətlərin (məhkəmə yazışmaları, qrant ərizələri) göstərilməsi zamanı alınan informasiyalardan aidiyyatı olan şəxslərin yazılı icazəsi olmadan istifadə etməməlidirlər. 
Müəlliflər məqalənin rəyləşdirilməsi prosesində iştirak etməli və bu prosesə dəstək olmalıdırlar. Onlar redaktorların yarımçıq məlumatlar, izahlar, müəllif hqquqları və etik normalarla bağlı sorğularına operativ reaksiya verməlidirlər. Müəlliflər rəyçilərin irad və təkliflərinə göstərilmiş müddətdə və ardıcıl qaydada cavab verilməsini təmin etməlidirlər. 
Müəlliflər özlərinə məxsus çap olunmuş işlərində ciddi səhvlər və ya çatışmazlıqlar müəyyən etsələr, onlar bu haqda ləngimədən redaktorlara və ya jurnalıç naşırlərinə məlumat verməli və səhvin aradan qaldırılması və ya məqalənin çapdan geri götürülməsi istiqamətində onlarla əməkdaşlıq etməlidirlər. Əgər redaktorlar məqalədə ciddi səhvlərin və ya çatışmazlıqların olması haqqında üçüncü şəxsdən məlumat alarlarsa, bu halda da müəlliflər səhvin aradan qaldırılması, məqalənin çapdan geri götürülməsi istiqamətinmə əməkdaşlıq etməli və ya məqalədə belə səhvlərin olmaması haqda redaktorlara isbatlar təqdim etməlidirlər. 

PLAGİAT ƏLEHİNƏ YOXLAMA SİYASƏTİ 
Advanced Mathematical Models & Applications jurnalina təqdim edilən məqalələr CrossCheck/iThenticate plagiat əlehinə proqramla vasitəlisə yoxlanılır. Bundan əlavə biz məqalələri Copyscape vasitəsilə də yoxlayırıq. Plagiat və ya öz-özünü plagiatda şübhəli bilinən bütün məqalələr dərhal rədd edilir. Plagiat nədir? 
Bella, H. Plagiarism. Saudi J. Med. Med. Sci ., 2014;2:127 məqaləsindən götürülmüşdür. 
http://www.sjmms.net/text.asp?2014/2/2/127/137015:
"Plagiat digər şəxslərin çap olunmuş və ya olunmamış ideya, sözlərinin (və ya digər intellektual məhsul) istnad edilmədən və ya icazə almadan yeni, orijinal və ya yaxud mənbədən birbaşa alınmayan nəticə kimi istifadə edilməsidir. Plagiatın məqsədi və nəticəsi oxucuda plagiatorun bu işə qatqısı haqda yanlış fikir oyatmaqdır. Bu ideya və sözlərin referatlardan, qrant ərizələrindən, institut hesabatlarından və ya istənilən formatda olan çap olunmuş və olunmamış materiallardan götürülməsi hallarına da aiddir. Plagiat – elmi cəhətdən qanunsuz fəaliyyətdir və məhz belə də qəbul edilməlidir. 
Öz-özünü plagiat - müəllifin eyni mövzuya aid olan özünün əvvəlki məqaləsinin hissələrindən mötərizədə uyğun qaydada istinad etmədən istifadə etməsidir. Bu praktika, bəzən qəsdən edilməsə də, geniş yayılmışdır. Çünki, xüsusən məqalədə tətbiq edilən metodların təsviri bölməsində, eyni fikri müxtəlif şəkildə söyləmək imkanları vardır. Bu bəzən müəllif hüquqlarını pozsa da, indiyə qədər bu barədə vahid bir fikir formalaşmamışdır: bu elmi fəaliyyət plagiat hesab edilməlidirmi və müəllif “plagiator” hesab edilmədən özünün neçə sözündən istifadə edə bilər? Bu mənada öz-özünü plagiat başqalarını plagiatla eyni səviyyədə qiymətləndirilmir. Əgər jurnallar bu məsələ ilə bağlı öz siyasətlərini müəyyən ediblərsə, onda müəlliflərə bu baradə dəqiq informasiya verilməlidir". 
Birbaşa plagiat - mətnin plagiatıdır. Mozaik plagiat müəllifə istinad etmədən orijinal mətndən ideya və fikirlərin, söz birləşmələrinin mənimsənilməsidir. 
Müəlliflər plagiat haqqında məlumat vermək üçün aşağıdakı addımları ata bilərlər: 
1. Plagiat məqalənin çap olunduğu jurnalın redaktorunu bu haqda məlumatladırın. 
2. Orijinal və plagiat məqaləni, plagiat edilmiş yerləri fərqləndirərərək redaktora göndərin. 
3. Əgər plagiat faktı ciddi isbat edilirsə, redactor xususi görüş təyin etməlidir. 
4. Plagiat məqalənin çap edildiyi jurnalın redaktoru original məqalənin çap edildiyi jurnalın redaktoru ilə bu problemin aradan qaldırılması ilə bağlı əlaqə yaratmalıdır. 
5. Plagiatordan izahat tələb edilməlidir. 
6. Plagiator münasib müddətdə cavab vermədikdə və ya onun cavabı qaneedici olmadıqda məqalə dərhal çapdaç çıxarılmalıdır. 
7. Müəllif dərhal qara siyahıya salınmalı və bu jurnala məqalə təqdim etmək hüququndan 5 illik məhrum edilməlidir. 
8. Uyğun İnstitut rəhbərliyinə bu haqda məlumat verilməlidir. 

Plagiat Google Search axtarış sistemi və ya iThenticate, Turnitin proqramaları vasuitəsilə müəyyən edilə bilər. 


Yeni jurnalın ilk sayı çap olundu

Jomard Publishing tərəfindən təsis edilən Islamic History and Literature jurnalının ilk buraxılışı çapdan çıxıb.


Advanced Physical Research jurnalı Scopus bazasına qəbul edildi

Jomard Publishing nəşriyyatının nəşr etdiyi Advanced Physical Research jurnalı Scopus elmi indeksləmə bazasında indeksləşdirmək üçün qəbul edilmişdir.

Web of Science Emerging Source Citation Index

Jomard Publishing nəşriyyatının New Materials, Compounds and Applications jurnalı artıq Web of Science Emerging Source Citation Index-də indekslənir.

New Design Ideas jurnalı Q1 kateqoriyasında

Scimago Journal Ranking agentliyinin (Scopus) 2022-ci il üçün hesabatı nəşr olunmuşdur. Hesabata görə, Jomard Publishing nəşriyyatının New Design Ideas jurnalı Q1 kateqoriyasında yer almışdır. 

Növbəti jurnalımız Scopus bazasına qəbul edildi

Qiymətləndirmə prosisinin müsbət nəticələrinə əsasən Jurnalların Seçimi Məsləhət Şurasının (CSAB) qərarı ilə Jomard Publishing nəşriyyatının dərc etdiyi New Materials, Compounds and Applications jurnalı Scopus bazasında indekslənmək üçün qəbul edilib.