Advanced Mathematical Models & Applications

Advanced Mathematical Models and Applications jurnalının 1-ci nömrəsi çap olunmuşdur. Jurnalın bu nömrəsinə müxtəlif ölkələrdən olan müəlliflərin  riyazi modelləşdirmə və onun tətbiqlərinin müxtəlif aspektlərinə aid yeni nəticələri özündə saxlayan məqalələr daxil edilmişdir. 

Advanced Mathematical Models and Applications jurnalı riyazi modelləşdirmə, analiz və tətbiqləri sahəsində olan və bu istiqamətlərdə yeni, ciddi nəticələri əks etdirən yüksək keyfiyyətli, rəyləşdirilmiş məqalələri, icmalları və qısa təqdimatları çap edir. Jurnal aşağıdakı istiqamətləri əhatə edir:

• Riyazi modelləşdirmə
• Ədədi analiz
• Paralel alqoritmlər
• Diferensial tənliklərin analizi
• Yaxınlaşmalar nəzəriyyəsi
• Optimallaşdırma
• Statistika
• Müxtəlif sahələrə tətbiqlər

Yeni jurnalın ilk sayı çap olundu

Jomard Publishing tərəfindən təsis edilən Islamic History and Literature jurnalının ilk buraxılışı çapdan çıxıb.


Advanced Physical Research jurnalı Scopus bazasına qəbul edildi

Jomard Publishing nəşriyyatının nəşr etdiyi Advanced Physical Research jurnalı Scopus elmi indeksləmə bazasında indeksləşdirmək üçün qəbul edilmişdir.

Web of Science Emerging Source Citation Index

Jomard Publishing nəşriyyatının New Materials, Compounds and Applications jurnalı artıq Web of Science Emerging Source Citation Index-də indekslənir.

New Design Ideas jurnalı Q1 kateqoriyasında

Scimago Journal Ranking agentliyinin (Scopus) 2022-ci il üçün hesabatı nəşr olunmuşdur. Hesabata görə, Jomard Publishing nəşriyyatının New Design Ideas jurnalı Q1 kateqoriyasında yer almışdır. 

Növbəti jurnalımız Scopus bazasına qəbul edildi

Qiymətləndirmə prosisinin müsbət nəticələrinə əsasən Jurnalların Seçimi Məsləhət Şurasının (CSAB) qərarı ilə Jomard Publishing nəşriyyatının dərc etdiyi New Materials, Compounds and Applications jurnalı Scopus bazasında indekslənmək üçün qəbul edilib.