Advances in Biology & Earth Sciences


“Advances in Biology & Earth Sciences” jurnalı beynəlxalq aləmdə tanınmaqdadır. Bu yaxınlarda Bakı Dövlət Universitetinin biologiya fakultəsinin bir qrup əməkdaşı uzun illərdir davam edən əməkdaşlıq çərçivəsində Çex Respublikasının Karlov Universitetində olmuşlar. Səfər zamanı iki universitet arasında əməkdaşlığın müxtəlif aspektləri müzakirə olunmuşdur.

Eyni zamanda jurnalın aparıcı redaktoru, b.e.n. Çingiz Məmmədovun təqdimatı ilə bu universitetin əməkdaşları “Advances in Biology & Earth Sciences” jurnalı ilə tanış olmuşlar. Müzakirələr zamanı çex alimlər jurnalın səviyyəsini yüksək qiymətləndirmiş, məqalələrinin burada çapında maraqlı olduqlarını bildirmiş və redaksiya heyətinin işində iştirak etmək üçün dəvəti qəbul etmişlər.

Yeni jurnalın ilk sayı çap olundu

Jomard Publishing tərəfindən təsis edilən Islamic History and Literature jurnalının ilk buraxılışı çapdan çıxıb.


Advanced Physical Research jurnalı Scopus bazasına qəbul edildi

Jomard Publishing nəşriyyatının nəşr etdiyi Advanced Physical Research jurnalı Scopus elmi indeksləmə bazasında indeksləşdirmək üçün qəbul edilmişdir.

Web of Science Emerging Source Citation Index

Jomard Publishing nəşriyyatının New Materials, Compounds and Applications jurnalı artıq Web of Science Emerging Source Citation Index-də indekslənir.

New Design Ideas jurnalı Q1 kateqoriyasında

Scimago Journal Ranking agentliyinin (Scopus) 2022-ci il üçün hesabatı nəşr olunmuşdur. Hesabata görə, Jomard Publishing nəşriyyatının New Design Ideas jurnalı Q1 kateqoriyasında yer almışdır. 

Növbəti jurnalımız Scopus bazasına qəbul edildi

Qiymətləndirmə prosisinin müsbət nəticələrinə əsasən Jurnalların Seçimi Məsləhət Şurasının (CSAB) qərarı ilə Jomard Publishing nəşriyyatının dərc etdiyi New Materials, Compounds and Applications jurnalı Scopus bazasında indekslənmək üçün qəbul edilib.