17.10.2017
Universitetin “Qida məhsulları” fakultəsində baş tutan tədbirdə fakultənin dekanı t.ü.f.d., dosent MərdanTağiyev əməkdaşlara jurnal haqqında geniş məlumat verdi. Qida məhsullarının texnologiyası kafedrasının müdiri, b.e.n, professor Əhəd Nəbiyev bu jurnalin aqrar elm, qida məhsulları texnologiyası, baytarlıq elmləri sahəsində əhəmiyyətindən danışdı, onun Azərbaycanda bu sahələrdə alınan elmi nəticələrin dünya səviyyəsinə çıxmasında əvəzsiz rol oynayacağına inamını ifadə etdi. Fakultənin digər əmıkdaşları da jurnalın əhəmiyyətindən danışaraq onun alimlərimizin dünya elmi mühitinə inteqrasiyasında müsbət rol oynayacağını bildirdilər. Sonda fakultə əməkdaşları Research in: Agricultural & Veterinary Sciences jurnalı ilə əməkdaşlıq etməkdə, onun saylarında öz elmi nəticələrini çap etdirməkdə, redaksiya heyətinin işində iştirak etməkdə maraqlı olduqlarını bildirərək onun işinə uğurlar arzuladılar.