29.12.2017
Jomard Publishing nəşriyyatı və Bakı Dövlət Universiteti tərəfindən birgə təsis edilmiş Bakı Dövlət Universitetinin rektoru, Azərbaycan və Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Abel Məhərrəmovun baş redaktoru olduğu New Materials, Compounds and Applications (Yeni materiallar, birləşmələr və tətbiqləri) jurnalının ilk sayı çapdan çıxmışdır. Jurnalın Redaksiya Heyətinə dünyanın 10 ölkəsini təmsil edən tanınmış alimlər daxildirlər. Bu nömrədə Abel Məhərrəmov, Hirotaka İhara (Yaponiya), Armando Pombeiro (Portuqaliya), Elina Yanovska (Ukrayna), Dariusz Sternik (Polşa) və s. kimi dünyanın yüksək reytinqli mütəxəssislərinin yeni materiallar, birləşmələr və onların tətbiqlərinin aktual problemlərinə həsr edilmiş rəyləşdirilmiş məqalələri dərc edilmişdir. Jurnalın ilk nömrəsi Bakı Dövlət Universitetinin qarşıdan gələn 100 illik yubileyinə həsr edilmişdir. Redaksiya Heyətinin tərkibi, çap edilmiş məqalələrin coğrafiyası və elmi səviyyəsi ümid etməyə əsas verir ki, bu jurnal tezliklə dünya elmi mühiti tərəfindən ciddi qəbul ediləcək və elmi indeksləmə bazalrına daxil olacaqdır.
İnanınırıq ki, bu nömrədə çap edilən məqalələr mütəxəssislərin marağına səbəb olacaqdır. Biz həm də potensial müəllifləri öz məqalələrini jurnalın növbəti sayında çap olunmaq üçün təqdim etməyə dəvət edirik.