New Design Ideas

NEW DESIGN IDEAS Jurnalının ilk sayı dizayn tədqiqatlarının genış spektri üzrə mütəxəssislər tərəfindən ciddi maraqla qarşılandı. Biz müxtəlif universitetlərdən və elmi qurumlardan təbriklər, şərhlər və təkliflər almaqdayıq. Bu yaxınlarda Selcuk Universitetinin (Türkiyə) bir qrup əməkdaşı jurnalın baş redaktoru, İncəsənət və Dizayn Fakultəsinin Seramik Dizayn Şöbəsinin rəhbəri professor Mezahir Avşarı ziyarət etmişlər. Görüşdə jurnalın bu sayında çap edilmiş məqalələr müzakirə edilib. Ziyarətçilər jurnala böyük maraq göstərdilər və onun kollektivi ilə əməkdaşlıq yollarını müzakirə etdilər.

Yeni jurnalın ilk sayı çap olundu

Jomard Publishing tərəfindən təsis edilən Islamic History and Literature jurnalının ilk buraxılışı çapdan çıxıb.


Advanced Physical Research jurnalı Scopus bazasına qəbul edildi

Jomard Publishing nəşriyyatının nəşr etdiyi Advanced Physical Research jurnalı Scopus elmi indeksləmə bazasında indeksləşdirmək üçün qəbul edilmişdir.

Web of Science Emerging Source Citation Index

Jomard Publishing nəşriyyatının New Materials, Compounds and Applications jurnalı artıq Web of Science Emerging Source Citation Index-də indekslənir.

New Design Ideas jurnalı Q1 kateqoriyasında

Scimago Journal Ranking agentliyinin (Scopus) 2022-ci il üçün hesabatı nəşr olunmuşdur. Hesabata görə, Jomard Publishing nəşriyyatının New Design Ideas jurnalı Q1 kateqoriyasında yer almışdır. 

Növbəti jurnalımız Scopus bazasına qəbul edildi

Qiymətləndirmə prosisinin müsbət nəticələrinə əsasən Jurnalların Seçimi Məsləhət Şurasının (CSAB) qərarı ilə Jomard Publishing nəşriyyatının dərc etdiyi New Materials, Compounds and Applications jurnalı Scopus bazasında indekslənmək üçün qəbul edilib.