Jomard Publishing jurnallarinin yeni uğuru


Jomard Publishing elmi nəşriyyatının dərc etdiyi elmi jurnallar ölkəmizin rəsmi elmi qurumlarının da diqqətini getdikcə daha çox cəlb etməyə başlayıb. Ölkəmizdə elmi dərəcələrin və elmi adların verilməsinə cavabdeh olan Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) Rəyasət Heyətinin 04.07.2018-ci il tarixli iclasının (protokol No.11-R) qərarı ilə

  • Advanced Mathematical Models & Applications
  • Advances in Biology & Earth Sciences
  • Research in: Agricultural & Veterinary Sciences
  • New Materials, Compounds and Applications

jurnalları AAK-ın dissertasiyaların əsas nəticələrinin dərc edilməsi üçün tövsiyyə olunan jurnallar siyahısına daxil edilmişdir.

Qeyd edək ki, AAK bu siyahını tərtib edərkən jurnalların elmi keyfiyyətini, onların çap periodikliyinə riayət edilməsini, jurnalların beynəlxalq çap standartlarına cavab verməsini, çap edilən məqalələrin hökmən rəyləşdirilməsini, beynəlxalq redaksiya heyətinin olmasını və s. kimi kriteriyaları əsas götürür.


Yeni jurnalın ilk sayı çap olundu

Jomard Publishing tərəfindən təsis edilən Islamic History and Literature jurnalının ilk buraxılışı çapdan çıxıb.


Advanced Physical Research jurnalı Scopus bazasına qəbul edildi

Jomard Publishing nəşriyyatının nəşr etdiyi Advanced Physical Research jurnalı Scopus elmi indeksləmə bazasında indeksləşdirmək üçün qəbul edilmişdir.

Web of Science Emerging Source Citation Index

Jomard Publishing nəşriyyatının New Materials, Compounds and Applications jurnalı artıq Web of Science Emerging Source Citation Index-də indekslənir.

New Design Ideas jurnalı Q1 kateqoriyasında

Scimago Journal Ranking agentliyinin (Scopus) 2022-ci il üçün hesabatı nəşr olunmuşdur. Hesabata görə, Jomard Publishing nəşriyyatının New Design Ideas jurnalı Q1 kateqoriyasında yer almışdır. 

Növbəti jurnalımız Scopus bazasına qəbul edildi

Qiymətləndirmə prosisinin müsbət nəticələrinə əsasən Jurnalların Seçimi Məsləhət Şurasının (CSAB) qərarı ilə Jomard Publishing nəşriyyatının dərc etdiyi New Materials, Compounds and Applications jurnalı Scopus bazasında indekslənmək üçün qəbul edilib.