Yeni jurnalın ilk sayı

Jomard Publishing nəşriyyatı elmin yeni və aktual sahələrini əhatə edən yeni jurnalların yaradılmasını davam etdirir. Bu istiqamətdə son addım nəzəri və tətbiqi fizikanın müxtəlif sahələrinə həsr olunmuş yeni Advanced Physical Research (ISSN 2663-8436) jurnalının yaradılması oldu. Jurnalın məqsədi fizikanın müxtəlif sahələrində aparılan tədqiqat nəticələrini beynəlxalq elmi ictimaiyyət arasında mümkün qədər geniş paylaşmaq istəyən tədqiqatçılar üçün bir platforma təklif etməkdir. Artıq jurnalın ilk sayı çap olunub və jurnalın veb səhifəsində yerləşdirilib. Ümid edirik ki, Belarus, Almaniya, Qazaxıstan, Rusiya, Türkiyə, Azərbaycandan olan müəlliflərin bu sayda dərc olunmuş məqalələri akademiyanın və sənayenin müxtəlif sahələrindən olan tədqiqatçı, tələbə və mütəxəssislərin diqqətini cəlb edəcəkdir.

http://jomardpublishing.com/journals.aspx?lang=az&id=13&menu=8&info=

Yeni jurnalın ilk sayı çap olundu

Jomard Publishing tərəfindən təsis edilən Islamic History and Literature jurnalının ilk buraxılışı çapdan çıxıb.


Advanced Physical Research jurnalı Scopus bazasına qəbul edildi

Jomard Publishing nəşriyyatının nəşr etdiyi Advanced Physical Research jurnalı Scopus elmi indeksləmə bazasında indeksləşdirmək üçün qəbul edilmişdir.

Web of Science Emerging Source Citation Index

Jomard Publishing nəşriyyatının New Materials, Compounds and Applications jurnalı artıq Web of Science Emerging Source Citation Index-də indekslənir.

New Design Ideas jurnalı Q1 kateqoriyasında

Scimago Journal Ranking agentliyinin (Scopus) 2022-ci il üçün hesabatı nəşr olunmuşdur. Hesabata görə, Jomard Publishing nəşriyyatının New Design Ideas jurnalı Q1 kateqoriyasında yer almışdır. 

Növbəti jurnalımız Scopus bazasına qəbul edildi

Qiymətləndirmə prosisinin müsbət nəticələrinə əsasən Jurnalların Seçimi Məsləhət Şurasının (CSAB) qərarı ilə Jomard Publishing nəşriyyatının dərc etdiyi New Materials, Compounds and Applications jurnalı Scopus bazasında indekslənmək üçün qəbul edilib.