23.09.2019
Məmuniyyətlə bildiririk ki, New Materıal, Compounds and Applıcatıons jurnalı Amerika Kimya Cəmiyyətinin bölməsi olan CAS (Chemical Abstracts Service) bazasına daxil edilib. Amerika
Kimya Cəmiyyətindən Jomard Publishing-ə daxil olan rəsmi məktubda bildirilir ki, jurnalın Cild 2,
No.1, 2018-ci sayından başlayaraq onun bütün məqalələri bu bazada refarat olunacaqdır.
CAS riski minimuma endirməklə müasir şəraitdə alimlərə araşdırmalarını inkişaf etdirmək,
mövcud texnologiyanı tətbiq etmək və ya strateji investisiya qərarları vermək sahəsində daha sürətli
və uğurlu olmağa yardım edir.
CAS - elmi məlumatları əldə etmək sahəsində geniş imkanlara, zəngin və uğurlu tarixə malik
mütəxəssis alimlərin, texnoloqların və biznes liderlərinin qlobal təşkilatıdır.
İnanırıq ki, bu bazanın imkanları jurnalın əlyetənliyinin və yeni materiallar və tətbiqləri üzrə
çalışan mütəxəssislər arasında nüfuzunun artmasına imkan verəcəkdir.