12.05.2020
Jomard Publishing nəşriyyatının Advances in Biology & Earth Sciences jurnalının yeni çapdan çıxmış nömrəsində Bakı Dövlət Universitetinin professoru, Biofizika və molekulyar biologiya kafedrasının müdiri Rövşən Xəlilov, universitetin dosenti Aygün Nəsibovanın və bu sahədə tanınmış İranlı alimlərin Overview of the environmental distribution, resistance, mortality, and genetic diversity of new coronavirus (COVID-19 (“Ətraf mühitdə yeni koronavirusun (COVID-19) yayılması, müqaviməti, ölümü və genetik müxtəlifliyinə ümumi baxış”) adlı məqaləsi işıq üzü görüb.
Məqalə dünyanın əksər ölkələrində çoxlu sayda insanın COVID-19-a yoluxması, bu virusun sürətlə yayılması, təhlükəsi, eyni zamanda bu təhlükədən qorunma yolları haqqında məlumatlardan bəhs edir.
Ümid edirik ki, məqalə koronavirusun səbəb olduğu bu mürəkkəb dövrdə bu sahədə çalışan mütəxəssislər üçün maraqlı olacaqdır.
“Advances in Biology & Earth Sciences” jurnalı Google Scholar, DOAJ (Directory of Open Access Journals), E-Library (РИНЦ), Ulrich's Periodicals Directory, CAB Abstracts, EBSCO, HINARI kimi elmi indekslənmə bazalarına daxil olunub.
Jurnalın elektron səhifəsi ilə aşağıdakı linkdə tanış olmaq olar:
http://jomardpublishing.com/journals.aspx?lang=en&id=3
http://jomardpublishing.com/UploadFiles/Files/journals/ABES/V5N1/Khalilov%20et%20al.pdf