Advanced Mathematical Models & Applications jurnalı Scopus bazasında

Jomard Publishing tərəfindən nəşr olunan Advanced Mathematical Models & Applications Scopus bazasında indekslənmək üçün qəbul edilib. Scopus ofisindən bunla bağlı alınmış rəsmi məktubda deyilir: “Yuxarıda göstərilən jurnalJurnalların Seçimi Məsləhət Şurası (CSAB) tərəfindən Scopus-a daxil edilmk üçün qiymətləndirilmişdir. Qiymətləndirilmə başa çatıb və CSAB jurnalın Scopus-a daxil edilməsi haqda müsbət qərar verib”.

Jomard Publishing adından bütün redaktorlarımızı, redaksiya heyəti üzvlərimizi, rəyçiləri, müəllifləri və texniki işçilərimizi təbrik edir, bu ciddi müvəffəqiyyətin qazanılmasında onların rollarını və töhfələrini dərindən qiymətləndiririk.

İanırıq ki, Scopus bazasında indeksləşdirmə müəllif coğrafiyamızı genişləndirəcək və jurnalın elmi səviyyəsinin yüksəlməsinə səbəb olacaq.

https://suggestor.step.scopus.com/progressTracker/?trackingID=9D98D0ABADC65056

Yeni jurnalın ilk sayı çap olundu

Jomard Publishing tərəfindən təsis edilən Islamic History and Literature jurnalının ilk buraxılışı çapdan çıxıb.


Advanced Physical Research jurnalı Scopus bazasına qəbul edildi

Jomard Publishing nəşriyyatının nəşr etdiyi Advanced Physical Research jurnalı Scopus elmi indeksləmə bazasında indeksləşdirmək üçün qəbul edilmişdir.

Web of Science Emerging Source Citation Index

Jomard Publishing nəşriyyatının New Materials, Compounds and Applications jurnalı artıq Web of Science Emerging Source Citation Index-də indekslənir.

New Design Ideas jurnalı Q1 kateqoriyasında

Scimago Journal Ranking agentliyinin (Scopus) 2022-ci il üçün hesabatı nəşr olunmuşdur. Hesabata görə, Jomard Publishing nəşriyyatının New Design Ideas jurnalı Q1 kateqoriyasında yer almışdır. 

Növbəti jurnalımız Scopus bazasına qəbul edildi

Qiymətləndirmə prosisinin müsbət nəticələrinə əsasən Jurnalların Seçimi Məsləhət Şurasının (CSAB) qərarı ilə Jomard Publishing nəşriyyatının dərc etdiyi New Materials, Compounds and Applications jurnalı Scopus bazasında indekslənmək üçün qəbul edilib.