05.08.2021
Məmuniyyətlə bildiririk ki, Advanced Physical Research jurnalı Amerika Kimya Cəmiyyətinin bölməsi olan CAS (Chemical Abstracts Service) bazasına daxil edilib. Amerika Kimya Cəmiyyətindən Jomard Publishing-ə daxil olan rəsmi məktubunda bildirilir ki, jurnalın Cild 3, No.1, 2021-ci il sayından başlayaraq onun bütün məqalələri bu bazada refarat olunacaqdır.
CAS elmi məlumatları əldə etmək sahəsində geniş imkanlara, zəngin və uğurlu tarixə malik mütəxəssis alimlərin, texnoloqların və biznes liderlərinin qlobal təşkilatıdır.
İnanırıq ki, bu bazanın imkanları jurnalın əlyetənliyinin və müasir fizika və onun ən müxtəlif tətbiqləri sahəsində çalışan mütəxəssislər arasında nüfuzunun artmasına imkan verəcəkdir.