Növbəti jurnalımız Scopus bazasında

Jomard Publishing Scopus ofisindən Advances in Biology & Earth Sciences jurnalının qiymətləndirmə prosesinin artıq başa çatdığını təsdiqləyən rəsmi məktub alıb. Scopus Məzmun Seçimi və Məsləhət Şurasının (CSAB) 26 noyabr 2024-cü il tarixli qərarı ilə jurnal tam qiymətləndirmə prosesindən keçmiş və Scopus bazası tərəfindən indekslənmək üçün qəbul edilmişdir.

Advances in Biology & Earth Sciences jurnalı 2016-cı ildə Jomard Publishing nəşriyyatı tərəfindən təsis edilib və indiyədək onun xüsusi buraxılışlar da daxil olmaqla 25 sayı nəşr olunub.

Jomard Publishing nəşriyyatı adından biz dərin elmi məzmunlu məqalələrinə görə bütün müəlliflərə, ciddi hesabatlarına görə rəyçilərə, jurnalımıza göstərdikləri marağa görə oxuculara və zəhmətlərinə görə texniki heyətə təşəkkür edirik.

İnanırıq ki, Scopus bazasında indeksləşdirmə müəlliflərimizin və oxucularımızın coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirəcək və jurnalın performansının yüksəldilməsinə töhfə verəcək.

Jurnalın Scopus bazasında qiymətləndirilməsi linki
https://suggestor.step.scopus.com/progressTracker/?trackingID=469562A7EE8D7817

Növbəti jurnalımız Scopus bazasında

Advances in Biology & Earth Sciences jurnalının qiymətləndirmə prosesi başa çatıb və jurnal SCOPUS bazasında indekslənmək üçün qəbul edilib.

Yeni jurnalın ilk sayı çap olundu

Jomard Publishing tərəfindən təsis edilən Islamic History and Literature jurnalının ilk buraxılışı çapdan çıxıb.


Advanced Physical Research jurnalı Scopus bazasına qəbul edildi

Jomard Publishing nəşriyyatının nəşr etdiyi Advanced Physical Research jurnalı Scopus elmi indeksləmə bazasında indeksləşdirmək üçün qəbul edilmişdir.

Web of Science Emerging Source Citation Index

Jomard Publishing nəşriyyatının New Materials, Compounds and Applications jurnalı artıq Web of Science Emerging Source Citation Index-də indekslənir.

New Design Ideas jurnalı Q1 kateqoriyasında

Scimago Journal Ranking agentliyinin (Scopus) 2022-ci il üçün hesabatı nəşr olunmuşdur. Hesabata görə, Jomard Publishing nəşriyyatının New Design Ideas jurnalı Q1 kateqoriyasında yer almışdır.